Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Əgər üçtərəfli görüş Ukrayna üçün müsbət nəticə verəcək və müharibənin bitməsinə kömək edəcəksə, onun harada keçirilməsinin fərqi yoxdur, yetər ki, Rusiya və Belarusda olmasın”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski rusiyalı həmkarı Vladimir Putinlə mümkün danışıqları şərh edərkən bildirib ki, əgər bu, sülhə yaxınlaşdıracaqsa, Macarıstanda da görüşməyə etiraz etmir.
“Paris görüşündə cənab Uitkoffla danışarkən söylədim ki, məsələ Macarıstanda deyil, onun liderindədir, o, Ukrayna ilə bağlı hər şeyi bloklayır. Amma nəticə olacaqsa, qoy olsun, danışıqlar harada istəsələr, orada keçirilsin. Əgər bu üçtərəfli görüşün şərti olacaqsa və biz Ukrayna üçün müsbət nəticə əldə edəcəyiksə, ilk növbədə müharibənin bitməsi ilə bağlı, qoy elə olsun, qoy o da öz faydasını götürsün”.
Prezident vurğulayıb ki, Ukraynanın əsas vəzifəsi müharibəni bitirməkdir:
“Əgər üçtərəfli görüş bu məqsədlə olacaqsa, razıyıq, harada olmasının fərqi yoxdur. Demək olar ki, fərqi yoxdur, amma Rusiyada yox, əlbəttə və qətiyyən Belarusda yox”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.