AZ

Mask "Vikipediya"ya rəqib platforma yaratdı

Amerikalı milyarder İlon Mask "Grokipedia" adlı yeni onlayn layihəsini istifadəyə verib. Bu platforma məşhur "Vikipediya"ya alternativ kimi təqdim olunur və qısa müddətdə böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, yeni platformada hazırda 885 279 məqalə var, "Vikipediya"da isə bu say 8 milyondan çoxdur.

Hazırda "Qrokipediya" 0.1 versiyasında işləyir. Əsas səhifədə yalnız axtarış sətri göstərilir və istifadəçiyə sorğusunu daxil etmək təklif olunur.

Mask yaratdığı saytın "Vikipediya"dan daha qərəzsiz olduğunu iddia edir.

Platformanın yeni istifadəyə verilməsinə baxmayaraq, bəzi istifadəçilər artıq veb-saytdan istifadə zamanı çətinliklərlə qarşılaşıblar. Bununla belə, layihənin gələcəkdə Vikipediyaya rəqib olacağı ehtimal olunur.

Milli.Az

Seçilən
31
1
milli.az

2Mənbələr