AZ

Pakistan Hindistanla sərhəddə qeyri-uçuş zonası elan edib

Bakı. Trend:

Pakistan Hindistanın Racəstxan və Qucarat ştatlarındairimiqyaslı hərbi təlimlər keçirməsi ilə əlaqədar 28-29 oktyabrtarixlərində Hindistanla sərhadyanı əyalətlərdə hava məkanınıbağlayır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Pakistanın Mülki Aviasiyaİdarəsi (PCAA) məlumat yayıb.

Uçuş qadağası yerli və xarici aviaşirkətlərin təyyarələrininPəncab və Sind əyalətlərinin hava məkanında uçuş marşrutlarınaşamil olunur. PCAA aviaşirkətlərin ekipajlarına ehtiyatlı olmağı vəuçuşlar üçün alternativ marşrutlardan istifadəni tövsiyə edib.

Xatırladaq ki, bu ayın əvvəlində Pakistan Hindistantəyyarələrinin öz hava məkanında uçuşuna qoyulan qadağanı noyabrın23-ə qədər uzadıb. Qadağa Hindistanla silahlı münaqişə fonunda 24aprel tarixində tətbiq edilmişdi.

Məqalədə:
Seçilən
71
50
az.trend.az

10Mənbələr