Pakistan genişmiqyaslı hərbi təlimlər səbəbindən 28 və 29 oktyabr tarixlərində müəyyən saatlarda Hindistanın qərbində yerləşən Rajasthan və Qucarat ştatları üzərindəki hava məkanını bağlamaq qərarına gəlib.
Adalet.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hindistan mediasının məlumatına görə, ölkə 30 oktyabrdan 10 noyabra qədər Pakistanla qərb sərhədi boyunca dəniz, hava və quru qüvvələrinin iştirak edəcəyi "Trişul 2025" adlı genişmiqyaslı hərbi təlim keçirməyə hazırlaşır.
Təlimlərə hazırlıq məqsədilə Hindistan hakimiyyəti həmçinin Qucarat və Rajastan hava məkanının bəzi hissələrini məhdudlaşdırıb.