AZ

Malayziya BRİKS-in üzvlük ərizəsinə cavabını gözləyir

“Malayziya BRİKS-i qrupa qoşulmaq istəyi barədə məlumatlandırıb və cavab gözləyir”.

Busaat.az xəbər verir ki, bu barədə Malayziyanın baş naziri Ənvər İbrahim Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Kuala-Lumpurda bu yaxınlarda başa çatmış sammiti çərçivəsində məlumat verib.

O, assosiasiyaya üzvlüklə bağlı növbəti addımla bağlı sualı cavablandırarkən deyib: “Biz onlara məlumat vermişik. Onların cavabını gözləyirik”.

Bundan əvvəl Braziliya prezidenti Luiz İnasio Lula da Silva Malayziyaya dövlət səfərindən sonra keçirdiyi mətbuat konfransında ölkəsinin BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmaq cəhdində Braziliyanın tam dəstəyinə arxalana biləcəyini bildirmişdi.

Malayziya BRİKS-in tamhüquqlu üzvü deyil, lakin ticarət, enerji və infrastrukturun inkişafı kimi sahələrdə qrupun ölkələri ilə birgə təşəbbüslərdə iştirak edir.

Yeganə

 

Seçilən
15
busaat.az

1Mənbələr