Bakı. Trend:
Amerikanın “Amazon” şirkəti 30 minədək əməkdaşını ixtisar etməyəhazırlaşır.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, bu, 2022-ci ildən bəri korporasiyadabaş verən ən böyük ixtisar dalğası olacaq. Sonuncu dəfə 3 il əvvəl"Amazon" 27 min nəfəri işdən azad etmişdi.
Kütləvi ixtisarların bu həftədən başlanacağı gözlənilir.
İxtisarlardan əsasən korporasiyanın bir neçə şöbəsitəsirlənəcək. Söhbət ilk növbədə kadrlar şöbəsi, əməliyyat şöbəsi,cihaz və xidmətlərin hazırlanması bölməsi, eləcə də “Amazon WebServices” bölməsindən gedir.