AZ

BU GECƏ GƏLMİŞDİ ANAM YUXUMA - Şeir

Mən doya bilmədim sənin qoxuna,

İstərəm əllərin mənə toxuna,

Sağ ikən girməzdin mənim yuxuma,

Bu gecə gəlmişdin anam yuxuma.

Düşündüm bir daha səhər açılmaz,

Bilirəm haqq işdir,ölüm qaçılmaz,

Sanırdım o nurun bir də saçılmaz,

Bu gecə gəlmişdin anam yuxuma.

Bəhrəli həyatın erkən bitsə də,

Sevənlər ağlayıb, fəqan etsə də,

Aşkarda ayrılıb, anam getsə də,

Bu gecə gəlmişdi anam yuxuma.

Barışa bilmirəm nə üçün, niyə?

Dözülməz dərd imiş, əl açdım göyə,

Bəlkə də çox fikir etməyim deyə,

Bu gecə gəlmişdin anam yuxuma.

(Şerlərini birinci paylaşdığın oğlun)

24.10.2025

Seçilən
4
1
hurriyyet.az

2Mənbələr