Nazirlər Kabinetindən Olaylar.az-a verilən məlumata görə, Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, iki ölkənin prezidentlərinin fəal dialoqunun və birgə səylərinin bu inkişafı təmin edən əsas faktor olduğu bildirilib.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Bakıda keçirilmiş 15-ci iclasının əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, sənaye kooperasiyası, aqrar, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31