AZ

Zelenski Putinlə görüş şərtlərini açıqlayıb

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna lideri Vladimir Zelenski Rusiya və Belarus ərazisi istisna olmaqla, prezidentlər Vladimir Putin və Donald Trampla üçtərəfli görüşə hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat verib.

O, həmçinin tədbirin Ukraynaya sülh gətirəcəyi təqdirdə Macarıstanda da görüşməyə hazır olduğunu da açıqlayıb.

"Əgər üçtərəfli görüş müharibənin bitməsi ilə bağlıdırsa, biz harada olmağından asılı olmayaraq hazırıq. Demək olar ki, fərqi yoxdur - əlbəttə ki, Rusiya Federasiyası və Belarus ərazisi istisna olmaqla", - deyə Zelenski bildirib.

Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin birinci müavini Aleksey Çepa daha əvvəl bildirib ki, Vladimir Putin və Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə üçtərəfli görüşdən daha tez təkbətək görüş barədə razılığa gələcəklər.

Onun sözlərinə görə, Rusiya və ABŞ razılığa "Ukraynadan" daha yaxındırlar.

Deputat qeyd edib ki, Kiyev Avropanın ciddi təzyiqi altındadır. Çepa hesab edir ki, Zelenskini avropalı həmkarlarından ayırmaq çox çətindir.

Bundan əvvəl Finlandiya Rusiyanı sülhə yönəltmək üçün "üç istiqamətli yanaşma" hazırlamışdı.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
2
icma.az

4Mənbələr