AZ

Düyna Bankı Azərbaycanın 2028-ci ilə qədər real ÜDM-in artımı ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

Dünya Bankı qarşıdakı üç ildə Azərbaycanın real ÜDM-də ortasəviyyəli artım templəri proqnozlaşdırıb. Proqnoza görə, ÜDM artımtempi 2025-ci ildəki 1,9 faizdən 2026-cı ildə 1,8 faizə yüksələcək,2027-ci ildə isə 1,7 faiz təşkil edəcək.

Bu barədə TrendBankın məlumatlarına istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın real ÜDM artımı 2021-ciildə 5,6 faiz, 2022-ci ildə 4,6 faiz təşkil edib, 2023-cü ildə 1,1faizə qədər zəifləyib, lakin 2024-cü ildə yenidən 4,1 faizəyüksəlib.

Dünya Bankının son hesabatına əsasən, özəl istehlak iqtisadiartımın əsas hərəkətverici qüvvəsi olaraq qalacaq – 2025-ci ildə4,4%, 2026-cı ildə 4,3% və 2027-ci ildə 4,1% artım göstərəcək. Eynizamanda, əsas kapitala yönəldilmiş ümumi investisiyaların cüziazalacağı proqnozlaşdırılır (2025-ci ildə 0,3%, 2026-cı ildə 0,4%və 2027-ci ildə 0,7%) .

İxracın 2025–2027-ci illər ərzində cüzi artım göstərəcəyi –0,1–0,2 faiz səviyyəsində qalacağı, idxalın isə tədricən artacağı –2025-ci ildə 1,8 faiz, 2026-cı ildə 1,7 faiz və 2027-ci ildə 1,6faiz olacağı gözlənilir.

“ Orta müddətli perspektivdə iqtisadi artımın tempininzəifləyəcəyi gözlənilir , belə ki, dövri yüksəlişə təkan verənamillərin tədricən zəifləməyə başlayacaq. Real ÜDM-in 2025-ci ildə1,9 faiz artacağı proqnozlaşdırılır. Dövlət xərclərinin icrasıyaxşılaşdıqca 2025-ci ilin ikinci yarısında qeyri-neft sektorundakiçik bərpa artımı gözlənilir, lakin bu, karbohidrogen hasilatınınazalmasını kompensasiya etməyə kifayət etməyəcək. Təbii qazhasilatının 2025-ci ildə zirvəyə çatacağı, daha sonra isəsabitləşəcəyi ehtimal olunur.

Orta müddətli perspektivdə real ÜDM artımı məhdud qalacaq – ortahesabla 1,7 faiz səviyyəsində, çünki neft hasilatı azalmağa davamedəcək və karbohidrogenlər üçün daha az əlverişli qiymətlərqeyri-neft sektoruna dəstək imkanlarını fiskal baxımdanməhdudlaşdıracaq. Bu proqnoz struktur islahatlarınınsürətləndirilməsinin, qeyri-neft iqtisadiyyatında özəl sektoryönümlü artımın təşviqinə yönəlmiş tədbirlərin vacibliyinivurğulayır”, -deyə Dünya Bankının hesabatında qeyd olunur.

Məqalədə:
Seçilən
32
az.trend.az

1Mənbələr