Finss.az xəbər verir ki, İsveçrədə yerləşən Novartis AG şirkəti Amerikanın biotexnologiya şirkəti Avidity Biosciences Inc.-i 12 milyard dollara satın aldığını açıqladı.
Novartis, Avidity-nin hər səhmi üçün 72 dollar ödəyəcək ki, bu da səhmin 24 oktyabrda bağlanış qiymətindən 46% yüksəkdir.
Avidity-nin portfelinə hazırda klinik sınaqlarda olan müxtəlif əzələ distrofiyasının müalicəsi üçün üç dərman daxildir. Bu dərmanların ABŞ-da istifadəsi 2027-ci ilin əvvəlində təsdiqlənə bilər.