AZ

Pakistan Hindistanın hərbi manevrlərinə görə hava məkanını bağlayır

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pakistan oktyabrın 28-i və 29-da Hindistanın qərbi Racastan və Qucarat ştatlarında genişmiqyaslı hərbi manevrləri ilə əlaqədar həmsərhəd əyalətlərdə öz hava məkanını bağlayacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə "The Economic Times" nəşri Pakistan Mülki Aviasiya İdarəsinə (PCAA) istinadən bildirib.

Qadağa Pakistanın Pəncab və Sindh əyalətlərinin hava məkanında yerli və xarici hava yollarının təyyarələrinin uçuş marşrutlarına aiddir.

Xatırladaq ki, bu ayın əvvəlində Pakistan öz hava məkanında Hindistan təyyarələrinin uçuşlarına qadağanı noyabrın 23-dək uzadıb. Qadağa aprelin 24-də, Pahalqamda baş vermiş və 25 Hindistan vətəndaşı ilə birlikdə bir nəfər nepallının həlak olduğu terror aktından sonra tətbiq edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
105
50
oxu.az

10Mənbələr