Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən “Caspian International Hospital” MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hospitalın hazırda dövlətə qarşı 25 milyon 898 min 21.66 manat vergi borcu var. Son iki ayda qurumun borcu 1 milyon manata yaxın artıb.
Qeyd edək ki, MMC 2013-cü ildən bəri fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Cəbrayıl Neymət oğludur.