Bakı. Trend:
Gürcüstanın hakim partiyası olan “Gürcüstan Arzusu – DemokratikGürcüstan” partiyası üç siyasi partiyanın o cümlədən, sabiqprezident Mixayil Saakaşvilinin əsasını qoyduğu Vahid MilliHərəkatın fəaliyyətinin qadağan olunması ilə bağlı ölkəninkonstitusiya məhkəməsinə müraciət edib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə parlamentinspikeri Şalva Papuaşvili deyib.
“Biz hesab edirik ki, aşağıdakı siyasi birliklər konstitusiyayazidd elan edilməlidir: "Vahid Milli Hərəkat", "Dəyişiklikləruğrunda koalisiya – Gvaramiya, Meliya, Girçi, Droa" və "GüclüGürcüstan – xalq üçün Lelo, azadlıq uğrunda" vətəndaşların siyasibirliyi”, – deyə Papuaşvili bildirib.
Papuaşvilinin sözlərinə görə, hakim partiya bununla bağlımüvafiq iddianı parlamentdəki prosedurlar başa çatdıqdan sonraKonstitusiya Məhkəməsinə təqdim edəcək.