ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xidməti minik avtomobillərinin say həddi 24-dən 42-yə çatdırılıb.
Artım qurumun ərazi və yerli bölmələr üzrə xidməti minik avtomobillərinin say həddinin 18-dən 36-ya çatdırılması hesabına baş verib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.