Paytaxtdakı general Ə.Şıxlinski adına 135 nömrəli tam orta ümumtəhsil məktəbinin 55 illik yubileyi qeyd olunub.
"Cebheinfo.az" xəbər verir ki, yubiley tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Sevinc Süleymanova, şöbə müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin sədri Fuad Rəsul, dünya və Avropa çempionu Rəsul Çunayev, məktəbin kollektivi, məzunlar, şagirdlər və valideynlər iştirak ediblər.
Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Sonda məktəbin fəaliyyətinə dəstək olan məzunlara “Fəxri məzun” plaketləri təqdim olunub.
"Cebheinfo.az"