Bakı. Trend:
Oktyabrın 28-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrəKomissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesinmüflisləşməsi” İşçi qrupunun “Bakı KOB evi”ndə növbəti iclasıkeçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə işçi və tematikqrupların üzvləri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin vəsahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.
Görüşü açıq elan edən İşçi qrupun rəhbəri, ədliyyə nazirininmüavini Abiddin Hüseynov Dünya Bankı Qrupunun “Business Ready”hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı ümumiməlumat verərək həmin indikator üzrə görülmüş işlərin əhəmiyyətinivurğulayıb.
Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müaviniSəkinə Əliyeva tərəfindən həmin indikator üzrə müvafiq sahədətəkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlərsahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb. O, sözügedən YolXəritəsinin icrası məqsədilə həyata keçirilən bəzi tədbirlərdənbəhs edərək bildirib ki, kommersiya mübahisələrinə baxanhakimlərin, eləcə də vəkillərin müflisləşmə sahəsində bilik vətəcrübələrinin artırılması istiqamətində zəruri tədbirlər görülüb,o cümlədən təlimlər keçirilib, həmçinin bu sahədə ictimaiyyətinməlumatlılığının artırılmasının təmin edilməsi üçün müvafiqməlumatlar, videoçarxlar (müflisləşmə ilə bağlı işlər üzrəanonimləşdirilmiş məhkəmə qərarlarının Vahid Məhkəmə Portalındaayrıca bölmədə yayımlanması, bu sahədə mübahisələrə dair hesabatformasının həmin portalda yerləşdirilməsi və avtomatik yenilənməsiilə bağlı və s.) hazırlanaraq mediada paylaşılıb.
Eyni zamanda, Tematik qrupun üzvü Fərid Yaqublu “Sağlamlaşdırmavə müflisləşmə” haqqında yeni qanun layihəsinin hazırda qüvvədəolan “Müflisləşmə və iflas haqqında” Qanundan fərqlərini qeydedərək, layihənin ölkə iqtisadiyyatına, borclanmaya məruz qalmışsahibkarlıq subyektlərinə edə biləcəyi müsbət təsirləri haqqındaməlumat verib.
Həmçinin görüşdə dəvət edilmiş sahibkarlıq subyektlərinin busahədə fikir və təklifləri öyrənilib və onların məsələ ilə bağlımaraq doğuran sualları cavablandırılıb.
Tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirilib.