AZ

Mirzoyan Floydla sülh prosesini müzakirə etdi

BAKI, 28 oktyabr. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nüvə Sınaqlarının qadağası Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ararat Mirzoyan və Robert Floyd beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparıb, təşkilatın məqsədlərinin həyata keçirilməsi istiqamətində davamlı səylərin vacibliyini vurğulayıblar.

Həmsöhbətlər Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhə, mövcud şəraitin yaratdığı imkanlara toxunublar.

Seçilən
60
2
teleqraf.com

3Mənbələr