AZ

Türkiyə və Pakistan XİN başçıları Qəzzanı müzakirə etdilər

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər telefon danışığı zamanı Qəzzadakı vəziyyəti, həmçinin Fələstində davamlı sülhün əldə olunması üçün atılacaq növbəti addımlar və mexanizmləri müzakirə ediblər.

H.Fidan pakistanlı həmkarını BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Qəzza məsələsi üzrə aparılan diplomatik prosesdə iştirak etmiş tərəfdaş ölkələrin səkkiz xarici işlər nazirinin gələn həftə keçiriləcək görüşünə qatılmaq üçün Türkiyəyə dəvət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr