Bu gün Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə start verilib.
Publika.az xəbər verir ki, ilk oyun gününün nəticələrinə əsasən Premyer Liqa təmsilçilərindən “İmişli”, “Kəpəz” və “Karvan-Yevlax”, Birinci Liqa klublarından “Baku Sportinq” və “Şəfa” 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Bu gün daha bir oyun keçiriləcək. “Dinamo” – “Turan Tovuz” matçı saat 17:00-da başlayacaq.
“Şimal” – “Şahdağ Qusar”, “Xankəndi” – “Difai”, “Zaqatala” – “Sumqayıt”, “Qəbələ” – “Mingəçevir”, “Səbail” – “Şamaxı” və “Neftçi” – MOİK görüşləri sabah keçiriləcək.