AZ

Volkan Demirel “Gənclərbirliyi”nin baş məşqçisi təyin edilib

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə Superliqası təmsilçisi “Gənclərbirliyi” baş məşqçisi Hüseyn Eroğlu ilə yollarını ayırıb.

İdman.Biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu xəbərdən qısa müddət sonra klubun Mətbuat Xidmətinin rəhbəri Aykut Çakmaklı açıqlama ilə çıxış edərək yeni baş məşqçinin adını açıqlayıb.

Belə ki, Türkiyə yığmasının və “Fənərbağça”nın keçmiş qapıçısı Volkan Demirel “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi təyin edilib.

Qeyd edık ki, “Gənclərbirliyi” turnir cədvəlində 18 komanda arasında səkkiz xalla 15-ci sırada yerdə qərarlaşıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
icma.az

2Mənbələr