AZ

Məşhur incəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq (VİDEO)

Bakı. Trend:

Bu mövsümün ən yaddaqalan incəsənət hadisələrindən biri – ArtWeekend bu cümə günü məşhur kolumbiyalı rəssam-heykəltaraş FernandoBoteronun “Bədii formanın təntənəsi” (“The Triumph ofForm”) sərgisinin açılışı ilə rəsmən start götürəcək.

Trend xəbər verir ki,“Boterismo” üslubunu yaratmış, ən populyar rəssamlardan biriFernando Boteronun bir sıra məşhur əsərləri ilk dəfə Bakıdasərgilənəcək.

Hazırda sərginin eksponatları Heydər Əliyev Mərkəzindəquraşdırılır.

Sərginin kuratoru olan Fernando Boteronun qızı Lina BoteroAzərbaycanda olmaqdan məmnunluğunu bildirib və sərginin açılışınıxüsusi hadisə kimi dəyərləndirib. O, Bakıya Fernando Botero Fondunaməxsus mühüm əsərlərin gətirildiyini də qeyd edib. “Bu, bizim üçünböyük sevinc və şərəfdir. Bu dəvətə və atam Fernando Boteronunəsərlərini ilk dəfə Azərbaycan tamaşaçılarına təqdim etmək imkanınagörə çox həyəcanlıyıq”, deyən Lina Botero sərginin əhəmiyyətinivurğulayıb. Bildirib ki, sərgi Botero sənətinin universallığını,əsərlərinin dünyanın hər yerində insanlar tərəfindən sevildiyini vədəyərləndirildiyini nümayiş etdirir.

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində dünyanın tanınmışkurator, rəssam və incəsənət tənqidçilərinin iştirakı iləyaddaqalan sərginin açılışı baş tutacaq.

Seçilən
44
4
az.trend.az

5Mənbələr