Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu xarici xüsusi xidmət orqanlarının diversiya məqsədilə Rusiya Federasiyasının strateji və mühüm infrastruktur obyektlərinə sızmaq cəhdləri barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, Şoyqunun sözlərinə görə, bu fəaliyyətlər ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradır. O qeyd edib ki, əks-kəşfiyyat və təhlükəsizlik xidmətləri tərəfindən bu cür cəhdlərin qarşısını almaq üçün zəruri tədbirlər görülür.
Rusiya rəsmisi həmçinin vətəndaşları diqqətli olmağa çağıraraq, potensial diversiya və təxribat planlarının qarşısının alınmasında ictimai ayıqlığın vacibliyini vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az