AZ

Türk sığorta məkanının inteqrasiyası regional iqtisadi sabitliyə xidmət edəcək - Özgür Obalı (MÜSAHİBƏ)

Bakı. Trend:

Türk sığorta məkanının gücləndirilməsi, qarşılıqlı etimadınartırılması və regional bazarın inteqrasiyası gələcək üçün əsashədəflər sırasındadır.

Bunu Trend-ə bu gün Türkiyə Sığorta Assosiasiyasının başkatibi Özgür Obalı Bakıda keçirilən "Türk Dövlətləri InsurTechSammiti 2025" çərçivəsində müsahibəsində deyib.

O, müsahibəsində sığorta sektorunun qarşısında duran qlobalçağırışlardan, bu sahədə texnoloji həllər və ortaq əməkdaşlıqimkanlarından, iqlim dəyişikliyi, enerji keçidi və "yaşıliqtisadiyyat"ın sığorta portfellərinə təsirindən danışıb.

Sığortalanma imkanının artırılması - Sektorun əsashədəfi

Ö. Obalının sözlərinə görə sığorta sektorunun ən vacibməsələlərindən biri sığortalanma imkanının artırılmasıdır: "Bu,sadəcə inkişaf etməkdə olan ölkələr üçün deyil, həm də inkişafetmiş və az inkişaf etmiş dövlətlər üçün aktual məsələdir. Əsasməqsəd sığorta mexanizmini cəmiyyətin bütün təbəqələrinə yaymaq vəhər bir fərdin maliyyə risklərə qarşı qorunmasını təminetməkdir".

Türkiyə Sığorta Assosiasiyasının baş katibi eyni zamandavurğulayıb ki, qoruma açığı (yəni sığorta ilə əhatə olunmayanrisklər) nə qədər böyükdürsə, insanların maliyyə itkiləri bir oqədər çox olur: "Halbuki sığorta bu itkiləri minimuma endirən əsastəminat mexanizmidir. Buna görə də, bu açığı aradan qaldırmaq həmDünya Sığorta Birliyinin, həm də Azərbaycan da daxil olmaqla üzvüolduğumuz Avropa və Türk Dövlətləri Sığorta Birliyinin əsashədəflərindəndir".

"Bu istiqamətdə ən mühüm məsələlərdən biri sığortasavadlılığının artırılması, təhsil və mədəniyyət dəyişikliyinintəşviqidir. Təəssüf ki, bəzi cəmiyyətlərdə sığorta “taleyin təyinetdiyi bir reallıq” kimi qəbul olunur. Halbuki sığorta maliyyəitkilərinin paylaşılması və ötürülməsi üçün real və səmərəli birvasitədir", - deyə Ö. Obalı qeyd edib.

Türk Dövlətləri Sığorta Birliyi – Ortaq vizyonuntəməli

Ö. Obalı bildirib ki, Türk Dövlətləri Sığorta Birliyi ideyasınınarxasında duran əsas məqsəd ortaq mədəniyyətə, dilə və tarixə malikölkələri vahid sığorta vizyonu altında birləşdirməkdir: "Bu, yalnıziqtisadi deyil, həm də sosial və strateji əməkdaşlıq baxımındanböyük əhəmiyyət daşıyır. Çünki sığorta “böyük saylar qanunu”naəsaslanır, yəni hovuz (ortaq maliyyə mexanizmi) nə qədər genişolarsa, risklər bir o qədər balanslaşdırılar və sektor dahadayanıqlı olar.
Bunun üçün isə daha çox regional əməkdaşlıq, ortaq layihələr vəqarşılıqlı tənzimləyici (requlyativ) maneələrin aradan qaldırılmasıvacibdir. Məqsəd Türk dünyasında sığortanı inkişaf etdirmək,təcrübə və resursları paylaşmaqdır".

Texnologiyanın inteqrasiyası – "InsurTech"inqilabı

Ö. Obalı qeyd edib ki, texnologiyanın sığortacılığainteqrasiyası ("InsurTech") xüsusi önəm daşıyır: "Türk dünyasındainnovasiya və sahibkarlıq ruhu güclüdür, bu potensialı sığortasektoru ilə birləşdirərək müasir, texnologiyaya əsaslanan məhsullarinkişaf etdirmək mümkündür. Bu baxımdan “InsurTech Hub” kimitəşəbbüslər çox dəyərlidir".

Türkiyə Sığorta Assosiasiyasının baş katibi vurğulayıb ki,hazırda üç əsas istiqamətdə konkret layihələr həyata keçirilir: 1)Ortaq təhsil və mədəniyyət proqramları – sığorta bilgisininartırılması məqsədilə; 2) "Reassurans" (təkrar sığorta)hovuzlarının birləşdirilməsi – risklərin daha geniş şəkildəpaylaşılması və “böyük saylar qanunu”ndan daha səmərəli yararlanmaqüçün; 3) Texnologiya və təcrübə mübadiləsi ("know-how" transferi) –müasir sığorta sistemlərinin tətbiqi üçün.

İqlim dəyişikliyi və onun sığorta sektorunatəsiri

Ö. Obalı bildirib ki, iqlim dəyişikliyi və onun sığortasektoruna təsiri xüsusi diqqət tələb edir:

"Şəhərləşmə, torpaqların şoranlaşması, suyu udmayan mühit vətəbii fəlakətlərin (sel, yanğın, quraqlıq və s.) artması yenirisklər yaradır. Buna qarşı parametrik sığorta məhsullarınıntətbiqi və innovativ risk idarəetmə həllərinin hazırlanmasıvacibdir.

Kənd təsərrüfatı sahəsində isə Türkiyədə fəaliyyət göstərənTARSİM (Türkiyə Respublikasının Kənd Təsərrüfatı Sığorta Birliyi)modeli ilə Azərbaycanın Aqrar Sığorta Fondu arasında sıx əməkdaşlıqmövcuddur. Hər iki tərəf ortaq sığorta hovuzu qurmaq, Türkiyənin busahədəki təcrübəsini və “know-how”ını Azərbaycanla paylaşmaqistiqamətində fəal işləyir".

Gələcəyə baxış: Türk sığorta məkanınıninteqrasiyası

"Kənd təsərrüfatı yalnız iqtisadi deyil, həm də sosial sabitlikvə ərzaq təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Bunagörə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi prioritet hesabolunur.
Ümumilikdə, türk sığorta məkanının gücləndirilməsi, qarşılıqlıetimadın artırılması və regional bazarın inteqrasiyası gələcək üçünəsas hədəflər sırasındadır", - deyə Ö. Obalı yekunlaşdırıb.

Seçilən
52
az.trend.az

1Mənbələr