AZ

Rusiya: Ümid edirik ki, Tramp Alyaska sammitinin prinsiplərinə sadiq qalacaq

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Alyaskada keçirilən sammitdə işlənib hazırlanmış prinsiplərə sadiq qalacağına ümid etdiyini bildirib.Turkustan.az xəbər verir ki, Lavrov Belarusda keçirilən Avrasiya təhlükəsizliyi üzrə 3-cü Minsk Beynəlxalq Konfransında iştirak edib.Konfransda çıxış edən Lavrov Avrasiya regionunun çoxqütblü dünya nizamının geosiyasi mərkəzinə çevrildiyini bildirərək, "Burada başlayan proses beynəlxalq əlaqələrə də öz təsirini göstərməkdədir. Avrasiya qitəsində eyni vaxtda bir neçə müstəqil sivilizasiya mərkəzi güclənir. Bu mərkəzlər dünyanın əksər hissəsini təmsil edir" dedi.Lavrov NATO və Avropa Birliyi (AB) ölkələrinin hərəkətlərini tənqid edərək, "Qərb Rusiya və Belarusun qərbində yeni böyük Avropa müharibəsi üçün hazırlıq gördüklərini və bu məqsədlə koalisiya qurduqlarını gizlətmir" dedi.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
icma.az

2Mənbələr