AZ

Macarıstan bu ölkələrlə anti-Ukrayna bloku yaratmağı planlaşdırır

Budapeşt Avropa İttifaqında (Aİ) anti-Ukrayna ittifaqı yaratmaq üçün Çexiya və Slovakiya ilə qüvvələri birləşdirməyə çalışır.

Publika.az “Politico”ya istinadən xəbər verir ki, bunu Macarıstanın baş nazirinin siyasi müşaviri Balaş Orban deyib.

Bildirilir ki, güclü siyasi alyansın yaradılması üçün hələlik razılıq əldə olunmaqdan uzaq olsa da, onun formalaşması Aİ-nin Ukraynaya maliyyə və hərbi dəstək göstərmək səylərinə əhəmiyyətli dərəcədə mane ola bilər.

"Düşünürəm ki, bu baş verəcək. Və bu, getdikcə nəzərə çarpacaq", - deyə Orban anti-Ukrayna alyansının potensialı ilə bağlı sualı cavablandırarkən bildirib.

Slovakiyanın baş naziri Robert Fitso və çexiyalı parlamentari Andrey Babiş isə Macarıstan liderinin Ukrayna ilə bağlı fikirlərini dəstəkləyərək, iqtisadi təzyiqdən daha çox Moskva ilə dialoqa çağırıblar.

Seçilən
37
publika.az

1Mənbələr