AZ

Ukraynada “Die Welt”in müxbiri dron hücumu zamanı yaralanıb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynanın şərqində çəkiliş aparan Almaniyanın “Die Welt” qəzetinin jurnalisti İbrahim Naber Rusiya ordusunun “Lancet” kamikadze dronunun hücumu nəticəsində yaralanıb.

APA “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Die Welt”in müxbiri özünün “Intagram” səhifəsində paylaşım edib.

Naberin verdiyi məlumata görə, hadisə onların hava hücumundan müdafiə bölməsi ilə birlikdə çəkiliş apardığı zaman baş verib. Onun sözlərinə görə, dron yaxınlıqda dayanan hərbi avtomobili hədəf alıb.

Hücum nəticəsində bir ukraynalı hərbçi həlak olub, digəri isə ağır yaralanaraq ayağının amputasiyası ilə nəticələnən xəsarətlər alıb.

Jurnalist İbrahim Naber, onun operatoru Viktor Zaxarenko və prodüseri İvan Lısenko da yaralanıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
3
apa.az

4Mənbələr