AZ

Avtomobil kreditləri son rübdə bahalaşdı

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Azərbaycan bank sektorunda istehlak kreditlərinə tətbiq olunan faiz dərəcələrində son dövrlərdə dəyişikliklər olub.Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin üçüncü rübünün sonuna olan məlumatlara görə, kredit kartları üzrə faiz dərəcəsi ötən ilin sonunda 26% olduğu halda, bu ilin iyunun sonunda 25% və sentyabrın sonuna da eyni səviyyəsinə düşüb. Məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin faiz dərəcəsi 2024-cü ilin sonunda 25% idisə, 2025-ci ilin iyununda 26%-ya yüksəlmiş, sentyabrda da sabit qalıb.Yaşayış sahəsinin təmiri ilə bağlı kreditlərin faiz dərəcəsi 2024-cü ilin sonunda 16% olduğu halda, 2025-ci ilin iyununda 17%-ya yüksəlib və sentyabrda dəyişməyib. Avtomobil kreditlərinin faiz dərəcəsi isə 2024-cü ilin sonunda 10% idi, iyunda 12%-ya, sentyabrda isə 13%-ya yüksəlib.AMB-nin hesabatına görə, digər istehlak kreditləri üzrə faiz dərəcələri 2024-cü ilin sonunda 20% idisə, 2025-ci ilin ilk yarısında 21%-ya qalxıb və üçüncü rübdə sabit qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
4
avtosfer.az

5Mənbələr