AZ

Park halında olan avtomobil əl əyləci çəkilmədiyi üçün aptekə girdi

Malatyanın Doğanşəhir rayonunda qeyri-adi hadisə baş verib.

Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, park halında olan avtomobil əl əyləci tam çəkilmədiyi üçün hərəkətə gələrək aptekə çırpılıb.

Hadisə günorta saatlarında rayon mərkəzində yaşanıb. Məlumata görə, aptekə müştəri olaraq gələn şəxsin Honda markalı avtomobili dayanacaqda saxladıqdan sonra əl əyləcini tam çəkməməsi səbəbindən avtomobil tədricən hərəkət edib və qısa müddət sonra sürətlənərək aptekin şüşə vitrinini qırıb içəri daxil olub. Obyektə ciddi ziyan dəyib.

Hadisə anı ətrafdakı təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə avtomobilin yavaş-yavaş irəlilədiyi və daha sonra vitrinə çırpıldığı aydın görünür.

Hadisə ilə bağlı araşdırma aparılır.(Sonxeber.az)

Seçilən
25
1
avtosfer.az

2Mənbələr