AZ

Rusiya öz helikopteri vurdu – Bu, artıq 17-ci hadisədir

Bir gün əvvəl Rusiyanın Telegram kanalları Rusiyaya məxsus Ka-52 hücum helikopterinin ekipajla birlikdə məhv olduğu barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə The Insider yazıb.

Sonradan məlum olub: helikopter Rusiyanın ərazisinə edilən Ukrayna pilotsuz uçuş aparatlarının hücumunu dəf edərkən ehtimal ki, özləri tərəfindən vurulub.

“Ka-52 (52M) vurulub, təəssüf ki, şəxsi heyət arasında itkilər var. Görünür, özümüzünkülər tərəfindən vurulub. Döyüş təyyarəsi atəş açıb. Helikopteri PUA ilə səhv salıblar, yaxın məsafədə olub və yanlış hədəfə tuş gəliblər. Hadisə və səbəbləri araşdırılır”, — deyə rusiyalı Telegram kanallarından birində bildirilir.

The Insider-in hesablamalarına görə, bu, müharibə dövründə Rusiyanın belə aviasiya itkisi ilə bağlı məlum olan ən azı 17-ci hadisədir və 2025-ci ildə ikinci belə hal sayılır.

Ümumilikdə bu cür hallarda 12 təyyarə (4 ədəd Su-35, 3 ədəd Su-34, 2 ədəd A-50, 1 ədəd Su-27, 1 ədəd Su-30 və 1 ədəd İl-22) və 5 helikopter (2 ədəd Ka-52, 1 ədəd Ka-29, 1 ədəd Mi-24 və 1 ədəd Mi-8) itirilib.

Bizim.Media

Seçilən
54
2
bizim.media

3Mənbələr