AZ

Ümumdünya Cüdo Günü ilə bağlı “Şəhər turu” keçirilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 28 oktyabr, AZƏRTAC

28 oktyabr – Ümumdünya Cüdo Günü ilə bağlı Azərbaycan Cüdo Federasiyası paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla “Şəhər turu” həyata keçirib.

Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.

Layihə cüdonun dəyərlərini - hörmət, cəsarət və dostluğu - daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib.

Qeyd edək ki, 28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
7
azertag.az

8Mənbələr