AZ

Birinci Qarabağ Müharibəsi şəhidi Abdulla Quliyevin Saray Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Birinci Qarabağ Müharibəsi şəhidi Quliyev Abdulla Novruzoğlunun Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn mərasimikeçirilib.

Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı AbdinFərzəliyev, Yasamal RİH başçısının müavini Orxan Məmmədov, YAPAbşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizəorqanlarının rəhbərləri, mərhumun yaxınları, şəhid ailələri,müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Mərasimdə bildirilib ki, 26.10.1968-ci il təvəllüdlü AbdullaQuliyevin 08.05.1992-ci ildən Şuşa şəhərində itkin düşdüyü hesabolunurdu. Şanlı ordumuz tərəfindən işğaldan azad olunantorpaqlarımızda 33 ildən sonra tapılan şəhidin nəşi bu gün dərinehtiramla torpağa tapşırıldı.

Dəfn mərasimində Azərbaycanın igid, qəhrəman oğullarının döyüşmeydanlarında göstərdiyi şücaətlərdən, Vətən Müharibəsində əldəolunan şanlı qələbədən danışılıb. Bildirilib ki, Müzəffər Ali BaşKomandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinuzaqgörən siyasəti, qətiyyəti və siyasi iradəsi ilə Azərbaycandüşmənə qalib gəlməklə ilahi ədaləti bərpa etdi, 30 illik vətənhəsrətinə son qoyuldu. Hazırda işğaldan azad olunan torpaqlarımızbir-birinin ardınca surətli şəkildə yenidən qurulur vəsoydaşlarımız Qarabağda azad, təhlükəsizlik şəraitində yaşamağabaşlayıblar.

Mərasimdə şəhidin yaxınları da vurğulayıblar ki, hər zamanəzizləri Abdulla Quliyevin məzarının və ziyarət yerlərinin olmasınıarzulayıblar. Bu arzularına çatdıqlarına, onun nəşinin tapılaraqgətirilib dəfn edilməsinə və dövlətimiz tərəfindən şəhid ailələrinədaimi diqqət və qayğının göstərildiyinə görə Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevə və Birinci vitse-PrezidentMehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Seçilən
53
9
az.trend.az

10Mənbələr