AZ

Şamaxıda qadın və gənclər üçün sahibkarlıq təlimi keçirilib - FOTOLAR

Şamaxıda qadınlar, gənclər, kiçik və orta biznes sahibləri üçün sahibkarlıq təliminin növbəti mərhələsi uğurla keçirildi.

QHT.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən “Azərbaycanda Dayanıqlı Yaşıl İnkişaf: Sirkulyar İqtisadiyyat Təşəbbüslərinin Dəstəklənməsi” layihəsi çərçivəsində təşkil olunan və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən təlimlərin məqsədi:

  • Sahibkar olmaq istəyən və artıq sahibkar olan şəxslərin bilik və bacarıqlarını artırmaq
  • Dayanıqlı təcrübələri və dairəvi iqtisadiyyat prinsiplərini təşviq etmək
  • Yerli icmalarda inklüziv iqtisadi artımı təmin etmək

Füzuli və Şamaxıda KOB-lara, qadınlara və gənclərə fokuslanan layihə Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi inkişafı davam etdirir.

Seçilən
30
2
qht.az

4Mənbələr