AZ

ABŞ Sakit okeanda bir neçə gəmini məhv edib

ABŞ Sakit okeanda narkotik kartelinin gəmilərinə üç zərbə endirib, 14 nəfər həlak olub.

Busaat.az xəbər verir ki, bu barədə Pentaqonun katibi Pit Heqset X sosial media platformasında məlumat verib.

“Dünən Prezident Donald Trampın göstərişi ilə Müharibə Departamenti Sakit Okeanın şərqində narkotik ticarəti ilə məşğul olan terror təşkilatları tərəfindən idarə olunan dörd gəmiyə üç ölümcül kinetik zərbə endirdi”,- o, yazıb.

Heqsetin sözlərinə görə, bütün zərbələr beynəlxalq sularda həyata keçirilib və amerikalı hərbçilər arasında itki yoxdur. Müdafiə rəisi ABŞ-ı qorumaq üçün narkoterrorçuların ovunu davam etdirəcəyini vəd edib.

Bundan əvvəl Tramp dörd narkotik alverçisini daşıyan böyük narkotik sualtı qayığının məhv edildiyini açıqlamışdı. Az sonra Kolumbiya prezidenti Qustavo Petro ABŞ səlahiyyətlilərindən gəminin ölkənin ərazi sularında məhv edilməsinə görə cavab verməsini tələb edib.

Yeganə

 

Seçilən
29
busaat.az

1Mənbələr