AZ

Baxşıyevlə Dambrauskasın gözü yolda qalmayacaq - AFFA-dan De Blekere ilə bağlı açıqlama

Misli premyer-liqasının 9-cu turu da hakim idarəçiliyiylə bağlı narazılıqlarla yadda qaldı.

"Bank Respublika Arena"da keçirilən "Araz-Naxçıvan" - "Sabah" oyunundan sonra (2:2) həm "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev, həm də "bayquşlar"ın çalışdırıcısı Valdas Dambrauskas Rəşad Əhmədovun idarəçiliyindən gileyləndi. "bayquşlar" sosia şəbəkə hesabında yaydığı məlumatda bildirdi ki, hakimlər bu mövsüm onların nə az, nə çox - 4 xalını "əlindən alıb". "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə evdə "Şamaxı"ya qarşı matçdan sonra Tural Qurbanovun idarəçiliyindən narazılıq etdi. O başqa məsələ ki, "köhlən atlar"ın çalışdırıcısı konkret epizod haqda yox, matçda yaranan ardıcıl fasilələrlə bağlı danışdı.
Bəs AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere mübahisəli qərarlarla bağlı fikirlərini nə vaxt açıqlayacaq? Axı xüsusən Dambrauskas ondan xəbər gözləyir.

Bu sualı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundova ünvanladıq. O, "Football-plus.az"a açıqlamasında De Blekerenin qərarlarla bağlı şərhinin oktyabrın 30-da, yəni cümə axşamı yayınlanacağını bildirdi.

KƏNAN BAHADIR

Seçilən
28
1
football-plus.az

2Mənbələr