AZ

Azərbaycan Kubokunda daha bir 1/8 finalçı müəyyənləşdi

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo" "Turan Tovuz"la qarşılaşıb.

"Unikal" xəbər verir ki, "Azərsun Arena"da keçirilən matç qərb təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 1/8 finalda "Şimal" - "Şahdağ Qusar" matçının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Şəfa" "Cəbrayıl"ı (3:0), "Baku Sportinq" "Göygöl"ü (2:0), "Kəpəz" "Ağstafa Gəncləri"ni (6:1), "İmişli" "Qaradağ Lökbatan"ı (3:2), "Karvan-Yevlax" isə "Sheki City"ni (3:1) məğlub edərək növbəti mərhələyə yüksəliblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
3
unikal.az

4Mənbələr