[/center]Dizindən endoprotez əməliyyatı olunan şəxs iddia edir ki, paytaxtdakı özəl klinikaların birində işləyən travmotoloq onu səhv əməliyyat edib.
Xalq-ın xəbərinə görə, Nazim Dadaşov iddia edir ki, 2022-ci il, aprel ayının 22-də paytaxtdakı özəl klinikaların birində dizindən endoprotez əməliyatı edilib. Onu travmotoloq Ayaz Hümbətov əməliyat edib.
Ancaq o gün, bu gün onun ağrıları daha da artıb. Dəfələrlə xəstəxalara üz tutsa da ağrısı bitmək bilmir. Ona ayrı-ayrı həkimlər təkrar əməliyyat edilməli olduğunu bildirib.
O, vaxtdan indiyə qədər onun əməliyyat edilən sol dizində iltihablaşma da başlayıb. Özəl xəstəxanaların birindən ona bildirilib ki, təkrar ikinci dəfə endoprotez əməliyyat edilməlidir.
Onu əməliyyat edən həkimə dəfələrlər müraciət etdiyini deyən müsahibimiz bildirir ki, həkim onu düzgün əməliyyat etdiyini deyir. İddialarla bağlı həkim Ayaz Hümbətovla şəxslən telefon vasitəsilə əlaqə saxladıq. O isə iddialara belə cavab verdi.(Xalq.online)
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.