AZ

Rusiyada hərbi çağırış qaydaları dəyişir


Rusiya Dövlət Duması vətəndaşların hərbi xidmətə çağırışı ilə bağlı qanuna dəyişikliyi qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, yeni qaydalara görə, vətəndaşların hərbi xidmətə çağırışı artıq il boyu – yanvarın 1-dən dekabrın 31-dək prezidentin sərəncamı ilə keçirilə biləcək.
İndiyə qədər çağırış il ərzində iki dəfə – yazda və payızda baş tuturdu. Yeni qaydalara əsasən isə tibbi və psixoloji müayinələr, komissiya iclasları ilboyu aparılacaq, lakin vətəndaşlar əvvəlki kimi yalnız aprel-iyul və oktyabr-dekabr aylarında qoşun hissələrinə göndəriləcəklər.
Qanunla çağırış vərəqələri istənilən vaxt göndərilə bilər, lakin əsgərlik “adi qaydada” yaz və payızda başlayacaq.
Seçilən
35
yeniavaz.com

1Mənbələr