AZ

Hərbçilərimiz arasında voleybol üzrə birinciliyə start verildi

Yazını böyüt
Yazını kiçilt

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Müdafiə Nazirliyinin baş idarə və idarələri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5 illiyinə həsr olunmuş voleybol üzrə birincilik start götürüb.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, tədbirin açılış mərasimində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.

Mərkəzi Ordu İdman Klubunun bazasında keçirilən birincilikdə hərbi qulluqçular 11 komanda üzrə mübarizə aparacaqlar.

Açılış mərasimində çıxış edənlər Müdafiə Nazirliyinin rəhbərliyi adından iştirakçılara uğurlar arzulayıb, belə yarışların keçirilməsinin mahiyyətindən danışaraq idmanın döyüş hazırlığının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıblar.

Noyabrın 7-dək davam edəcək yarışların yekununda qalib komandalar diplom, fəxri fərman və medallarla mükafatlandırılacaqlar.

Seçilən
13
2
hafta.az

3Mənbələr