AZ

Əməliyyat keçirildi - 14 narkotacir öldürüldü

ABŞ ordusu ötən gün Sakit okeanın şərq hissəsində narkotik daşıyan 4 gəmiyə aviazərbələr endirib. Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset “X” hesabında bildirib. Onun sözlərinə görə, aviazərbələr nəticəsində 14 narkotacir öldürülüb. Əməliyyat zamanı ABŞ qüvvələri hər hansı bir itki verməyib. “Bu narkotacirlər “Əl-Qaidə”dən daha çox amerikalı öldürüb, biz onlarla eyni cür rəftar edəcəyik”, - nazir vurğulayıb. Qeyd edək ki, bundan əvvəl ABŞ bir neçə dəfə Karib hövzəsində narkoticarətlə məşğul olan gəmilərə zərbə edib.

Seçilən
6
4
avtosfer.az

5Mənbələr