Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
90deqiqe.Az AFFA-nın saytına istinadla xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsinin III turunda keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma noyabrın 6-da Skopye şəhərində “Todor Proeski” adına milli stadionda oynanılacaq.