AZ

Bu qan qrupu xəstəliyə daha tez tutulur – Həkimlər xəbərdarlıq edir

Son tədqiqatlara görə, bəzi qan qrupları müəyyən xəstəliklərə qarşı daha həssas ola bilər. Alimlər bildirir ki, xüsusilə A qan qrupu bəzi infeksiyalara, o cümlədən COVID-19 virusuna daha tez yoluxa bilir.

E-saglam.az xəbər verir ki, o qan qrupu daşıyan şəxslərdə bu infeksiyaya tutulma riski bir qədər aşağı olur. Bunun səbəbi, bu qan qrupundakı antikorların bəzi viruslara qarşı qoruyucu təsir göstərməsidir.

Mütəxəssislər həmçinin “non-O” qan qruplarının — yəni A və B qruplarının — bəzi parazitar xəstəliklərə qarşı da daha həssas ola biləcəyini qeyd edir.

Təxminlərə görə, qan qrupunun immun sisteminin reaksiyasına və orqanizmin viruslara qarşı müdafiə mexanizminə təsiri var. Lakin alimlər vurğulayır ki, qan qrupu tək başına risk faktoru deyil — həyat tərzi, qidalanma və genetik xüsusiyyətlər də bu prosesdə mühüm rol oynayır.

Nəzrin Abbas

E-saglam.az

Seçilən
16
e-saglam.az

1Mənbələr