AZ

Əkrəm İmamoğlunun istintaqı: İsa Qəmbərə maliyyə dəstəyi iddiası

İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun da adının hallandığı “casusluq” istintaqı çərçivəsində maraqlı ifadə ortaya çıxıb. Tutulan iş adamı Hüseyn Gün barədə hüquq-mühafizə orqanlarına məlumat ötürən ögey oğlu Ü.D.A. öz ifadəsində Günün həm Türkiyədə, həm də bir sıra xarici ölkələrdə kəşfiyyatla əlaqəli fəaliyyətlər apardığını iddia edib.

Ü.D.A. bildirib ki, Hüseyn Gün 2005-ci ildə anası ilə birlikdə qurduğu “Avicenna Capital” və “Avicenna Holding” vasitəsilə müxtəlif ölkələrə, o cümlədən Azərbaycana maliyyə axınları təmin edib. “Bu şirkətin yaranması zamanı Hüseyn Gün, Azərbaycanda müxalifətdə olan İsa Qəmbər kimi şəxsləri ‘demokratikləşmə’ adı altında maliyyələşdirirdi”- o, deyib.

İfadədə həmçinin qeyd olunur ki, Gün ABŞ-da lobbi şirkətlərinə böyük məbləğlərdə vəsait köçürərək “müxalifəti gücləndirməklə hökumətə təzyiq göstərməyi” hədəfləyib. O, İngiltərənin Mİ5 və Mİ6 kəşfiyyat orqanları ilə əlaqədə olmaqda da ittiham edilir.

Ü.D.A. əlavə edib ki, Gün 2016-cı ildə “Ərdoğana etimad artıq xaricdə bitib, Türkiyədə investisiya etməyin” kimi ifadələrlə ətrafına çağırışlar edirmiş.

İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində İmamoğlu, siyasi texnoloq Necati Özkan, jurnalist Mərdan Yanardağ və digərləri barədə “casusluq” iddiası ilə araşdırmalar davam edir.

Seçilən
23
1
aznews.az

2Mənbələr