AZ

​Volkan Dəmirəlin yeni klubu bəlli oldu

“Fənərbaxça”nın və türk milli komandasının əfsanəvi qapıçısı Volkan Dəmirəlin yeni iş yeri bəlli olub. Sabiq futbolçu yaxın günlərdə Ankaranın məşhur “Gənclərbirliyi” klubunun sükanı arxasına keçəcək. Mətbuat.az xəbər verir ki, bu barədə Ankara klubunun mətbuat katibi Aykut Çakmaklı məlumat yayıb. O, 44 yaşlı məşqçi ilə anlaşdıqlarını bildirib: “Müqavilə yaxın 2 gün ərzində imzalanacaq”.

Qeyd edək ki, Volkan Dəmirəl bundan əvvəl “Karagümrük”, “Hatayspor” və “Bodrumspor” klublarının baş məşqçisi olub.

Seçilən
13
12
metbuat.az

10Mənbələr