AZ

Türkiyəli nazir müavini Hikmət Hacıyev və Xələf Xələfovla görüşdü

Türkiyə xarici işlər nazirinin müavini Ayşə Berris Ekinci Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
20
2
konkret.az

3Mənbələr