İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına güclü zərbə endirilməsi barədə göstəriş verib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
“Təhlükəsizlik üzrə məsləhətləşmələr yekunlaşdıqdan sonra Baş nazir hərbi rəhbərliyə dərhal Qəzza zolağına güclü zərbələr endirməyi tapşırıb”, - məlumatda deyilir.
Bundan əvvəl Netanyahunun ofisi Fələstinin HƏMAS hərəkatını girovun qalıqlarının qaytarılması zamanı saxtakarlıqda ittiham etmişdi.