AZ

“Barselona” Lamalın “Real”la bağlı açıqlamalarından narahatdır

“Barselona” klubunun rəhbərliyi vinger Lamin Yamalın “El Klasiko” öncəsi “Real” barədə səsləndirdiyi bəzi fikirlərdən narahat qalıb.

90deqiqe.Az “Sport” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu açıqlamaların “Real”ın futbolçularının oyuna münasibətinə təsir etdiyini etiraf edib. Bildirilir ki, madridlilər görüş zamanı gənc hücumçuya qarşı daha aqressiv oynamağı planlaşdırıblar.

“Barselona” rəhbərliyi və futbolçunun meneceri Jorje Mendeş bundan sonra Lamin Yamalın davranışlarını daha yaxından izləməyə qərar veriblər. Məqsəd – gənc oyunçunun gələcəkdə oxşar səhvlərə yol verməsinin qarşısını almaqdır.

Klub həmçinin 18 yaşlı futbolçunun optimal fiziki formaya qayıtması üçün fərdi hazırlıq planı üzərində işləyir.

Xatırladaq ki, “Barselona” “El Klasiko”da “Real”a 1:2 hesabı ilə məğlub olub.

Seçilən
36
90deqiqe.az

1Mənbələr