AZ

Avropa dövlətləri anti Ukrayna koalisiyası yaradır

Avropa dövlətləri anti Ukrayna koalisiyası yaradıMacarıstan Baş naziri Viktor Orbanın baş siyasi müşaviri Balaj Orban bildirib ki, Macarıstan Çexiya və Slovakiya ilə “Ukraynaya şübhə ilə yanaşan” Aİ ittifaqı yaratmaq niyyətindədir.

Onun sözlərinə görə, Viktor Orban Çexiya parlament seçkilərində qalib gələn ANO partiyası Andrey Babiş və Slovakiyanın Baş naziri Robert Fiko ilə əməkdaşlıq etməyi planlaşdırır. Belə bir siyasi ittifaq dekabr ayında keçiriləcək Aİ liderlərinin sammitindən əvvəl yaradıla bilər.

Editor.az xəbər verir ki, “Politico” yazır ki, belə bir ittifaq “Aİ-nin Ukraynaya maliyyə və hərbi dəstək göstərmək səylərini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər”. Lakin nəşr hesab edir ki, onun yaradılması “bir az vaxt aparacaq”. Orada qeyd olunur ki, Robert Fiko əvvəllər “Macarıstan lideri ilə müəyyən siyasət sahələrində rəsmi olaraq ittifaq qurmaqdan çəkinib” və Andrey Babiş “hələ hökumət qurmayıb”.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr