AZ

Ağır yol qəzaları: dörd nəfər həlak olub, 5 yaralı varVİDEO

Bərdədə oğlunu Bakıya yola salmaq istəyən ata qəzaya düşüb. Avtomobillərin toqquşması zamanı ata, oğlu və daha bir nəfər dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bərdə rayonunun Mehdili kəndində baş verib.

Məlumata görə, kənd sakini Ələddin Əliyev oğlunu Bakıya yola salmağa gedərkən onun maşını digər avtomobillə toqquşub. Nəticədə Ələddin Əliyev, oğlu Röyal Əliyev, maşının sürücüsü Səyyaf Əliyev dünyasını dəyişib. Qəzada xəsarət alan 1 nəfər azyaşlı isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Gəncədə də ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtomobillər yol ayrıcında - işıqforda toqquşub. 

Qəza zamanı dünyasını dəyişən sərnişin 62 yaşlı Oktay Süleymanovdur. Hadisə nəticəsində xəsarət alan 63 yaşlı Tahirə Kərimova, 22 yaşlı Əli Nağızadə, 36 yaşlı Əziz Verdiyev və 29 yaşlı Ramal Mehdiyev isə xəstəxanaya çatdırılıb.   

Faktlarla bağlı araşdırmalar aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

 

Seçilən
19
xezerxeber.az

1Mənbələr