ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsindəki pilotlardan birini ələ almağa çalışıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin aprelində ABŞ hakimiyyəti Maduronun pilotlarından birinə təyyarəni fərqli məkana endirməyi təklif edilib. pizza mizza
Təklifə əsasən təyyarə ABŞ-nin Puerto-Riko, Dominikan Respublikası və ya Kubadakı bazalarından birinə endirilməli idi. Bunun müqabilində pilota fantastik məbləğdə "hədiyyə" vəd edilib.
Qeyd olunur ki, pilot ABŞ hökumət agenti ilə dəfələrlə messencerlə əlaqə saxlayıb. ABŞ onu əməkdaşlığa razı salmaq üçün son cəhdini sentyabr ayında edib, sonra onun yazdığı nömrəni bloklayıb./Teleqraf
Telegram kanalımız